Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycan mədəniyyətinin tacı muğam”  başlıqlı onlayn tədbir keçirilib

27.08.2022

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı  kitabxana filialı 26.08.2022-ci il tarixdə 26 Avqust Beynəlxalq Muğam Günü münasibətilə "Azərbaycan mədəniyyətinin tacı muğam"  başlıqlı onlayn tədbir keçirdi.   Tədbiri açan kitabxana filialının müdiri Rahilə Qasımova hər kəsi salamladı və muğam gününün qeyd edilməsi haqqında məlumat verdi.  Beynəlxalq Muğam Günü  2010-cu ildə  ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərləri tərəfindən qəbul edilmişdir.
Tədbirdə Gəncə şəhər 4 saylı  Uşaq Musiqi Məktəbinin nəzəriyyə şöbəsinin müəllimi Nuranə İsmayılova, AYB üzvü Gəncə şəhər YB-nin baş məsləhətçisi  şairə, dramaturq Aləmzər Əlizadə çıxış etdilər. Nuranə İsmayılova muğam haqqında fikirlərini belə ifadə etdi: Muğam dərin və bitkin təfəkkür, emosional məna daşıyan, ideya və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrıdır. Müəllimə muğamın adlarını,  şöbələrini  söylədi və qeyd etdi ki, muğam çox qədim musiqi janrıdır. Azərbaycan muğamının müasir tarixdə inkişafında və sevilməsində ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Tədbirdə Mehriban  xanımın ciddi səyləri nəticəsində muğam UNESCO  tərəfindən bəşəriyyətin qeyri-maddi irsin şah əsəri elan edilməsi də qeyd edildi. Tədbirdə həmçinin "Muğam aləmi", Beynəlxalq muğam festivalları, müsabiqələri, "Qarabağ xanəndələri" albomunun buraxılması, "Muğam ensiklopediyası"nın nəşri haqqında da məlumat verildi. Ölkəmizdə Beynəlxalq Muğam Mərkəzinin fəaliyyət göstərdiyi də qeyd edildi. Çıxış edənlər söylədilər ki, muğam Azərbaycan musiqi mədəniyyətinin uğurlarının əsasında durur. Tədbirdə ədəbiyyatla musiqinin vəhdətindən də söhbət açıldı. Son illər ölkəmizdə keçirilən muğam müsabiqələrində yeni  nəsil xanəndələr yetişmişdir. Bu gün bütün dünyada muğama olan maraq günü -gündən artmaqdadır. Sonda  muğam ifaçılığı ilə bağlı videoçarx nümayiş  etdirildi. Tədbiri keçirməkdə məqsədimiz muğamı gənc nəslə sevdirmək və təbliğ etməkdir.

 

1.2 MB